Avtomobillərin texniki baxışının online qeydiyyatdan keçməsi haqqında nümunə
2018-ci ilin yanvarın 1-dən avtomobillərin dövrü texniki baxışı məcburi oldu. Sürücülərin avtomobillərin dövrü texniki baxışı haqqında məlumat əldə etmək üçün qaynar xətt və web səhifə fəaliyyət göstərir. Qaynar xətt üçün 14-84 nömrəsinə, eləcə də veb səhifədən www.pti.ge adresinə daxil olaraq daha ətraflı məlumatı əldə edə bilərsiz. Facebook vasitəsilə də əlaqə saxlamaq mümkündür.
2018-ci ilin 1 yanvarından texniki baxışdan sərnişin avtobusları, marşrut taksilər, qoşqular və yük maşınları da keçəcəklər.
Müxtəlif regionlarda testləşdirmə mərkəzləri fəaliyyət göstərir. Bu xidmət Marneulidə də həyata keçiriməkdədir. Marneulidə, Mərkəz Marneuli bələdiyyəsinin Candar qəsəbəsi ərazisində dövrü texniki baxışı keçə bilərlər. Testləşdirmə mərkəzi “Saje” adlanır.
Texniki baxış ödənişlidir və nəqliyyat vasitələrinə görə dəyişir. Məbləği ödəmək üçün M1 və N1 avtomobillərinin sürücüləri 60 lari ödəyəcəklər, M2, M3, N2,N3 nəqliyyat vasitələrinin sürücüləri isə 100 lari ödəməli olacaqlar.
Qaynar xətt, veb səhifədən və Facebook vasitəsilə qeydiyyatdan keçən sürücülər isə bir ay əvvəlcədən qeydiyyata düşməlidirlər və qeyd olunan saatda testləşdirmə mərkəzindən keçməlidirlər. Eləcə də testləşdirmə mərkəzinə gedib növbədə dura da bilərlər.Online qeydiyyatdan keçən sürücülər isə qeydiyyatın təsdiqləndiyi haqqında mobil nömrələrinə qısa tekst mesajı alacaqlar.
2019-cu ilin sonuna qədər Gürcüstanda qeydiyyatdan keçmiş bütün avtoparklar yoxlamadan keçəcəklər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments