2017-ci ildə Marneuli ictimai kitabxanasında 884 oxucu qeydiyyatdan keçib

33

Marneulidə ictimai kitabxana demək olar ki, bir ildir açılıb. Neçə oxucu bu müddət ərzində kitabxanada olub, əsasən hansı ədəbiyyata tələb var? Biz Marneulinin ictimai kitabxanasının kitabxanaçısı Maia Menteşaşvili ilə danışdıq, o bildirir ki, 2017-ci ildə kitabxanada 884 oxucu qeydiyyatdan keçib.

“Kitabxanadan kənar istifadə üçün 2767 kitab verilmişdi. Zaldan 780 istifadəçi istifadə edib. İnternetdən isə 354 nəfər istifadə edib. İlk növbədə bədii ədəbiyyatdan çox istifadə edirlər. Daha sonra ictimai-siyasi ədəbiyyat, tarixi, təbiətşünaslıq gəlir”.

Yaş kateqoriyasına gəldikdə isə  şagirdlər çoxluq təşkil edir.

“Əsasən aktiv oxucularımız şagirdlərdir. Sonra tələbələr çoxluq təşkil edir. Orta yaş və 80 yaşdan çox olan oxucularımız da var”.

Maia Menteşaşvilinin dediyinə görə, gələcəkdə yeniliklər var və kitabxana fondu yenilənəcək ki, oxucuların tələbinə əsasən bu nəzərə alınacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register