Marneulili gənclər səyahət arzusundadırlar

1

2017-ci ildə Gürcüstanda turistlərin sayı rekord dərəcədə artıb. 2017-ci ildə Gürcüstana 7,554,936 turist gəlib. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 1,194,433 nəfər çoxdur və +18.8% artım qeydə alınıb. Bu haqda turizm Milli Administrasiyasının rəhbəri Qiorqi Çoqovadze keçən ilin göstəricilərinin yekunlaşdırılması zamanı bildirib. Qiorqi Çoqovadze bildirib ki, 2018-ci ildə əsasən 8 milyondn çox turist və 3 milyarddan çox turizim sahəsində gəlir gözlənilir. Bu haqda Biznes Press Nyus yazır. Biz Marneulinin timsalında maraqlandıq ki, yerlilər xarici ölkələrə səfər edirlər ya yox. Bunun üçün isə sorğu apardıq. Əksəriyyət qeyd etdi ki, heç yerə səyahət etməyiblər, ancaq gələcək üçün şəhər seçiblər.

Marneulidə cəmi bir neçə turizim şirkəti var ki, səfər edənləri müxtəlif şəraitlə təmin edirlər. Biz onlardan biri “Travel 360″nın tur opertoru Marexi Mumladze ilə söhbət etdik. O qeyd etdi ki, doğrudur şirkətlərinin Marneuli filialı bir ildi açılıb. Müştəri baxımından şikayət etmirlər, onun qeyd etdiyinə görə, ayda 4 yerli ən azı səfər edir. Ölkə istəyinə əsasən ilk yerdə İtaliyadır.

“Əsasən Avropaya getməyə üstünlük verirlər. Macarıstan, İtaliya, Polşa və Şərqi Avropa ölkələrinə gedirlər. Əvvəlcədən biletləri alırlar və mehmanxananın pulunu ödəyirlər”.

Yaş kateqoriyası isə 20 yaşdan 40 yaşa kimidir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register