Mixail Saakaşvili Sandro Girgvlianinin işinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib

saakashvili

Tbilisi Şəhər Məhkəməsi, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşviliyə Sandro Qirqvlianinin işinə görə, 4 il azadlıqdan məhrum edilmə cəzası verib. Saakaşvilinin cəzası “Amnistiya haqqında” qanun əsasında azalıb və həbs cəzası 3 il müddətinə müəyyən edilib.

Məhkəmənin qərarı ilə, Saakaşvili eləcə də iki il müddətinə dövlət işində və ya yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququ da əlindən alınıb. Bu da həmçinin “Amnistiya haqqında” qanundan istifadə edərək, azalıb və yekunda bir il altı ay müddətinə dövlət işində və ya yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququ əlindən alınıb.

Mixail Saakaşvili xidməti səlahiyyətlərindən sui istifadə edərək öz maraqları naminə səlahiyyətlərini istifadə etməkdə ittiham olunur. Bu isə fiziki şəxslərin hüququnun və dövlətin qanuni marağının pozulmasına səbəb olub.

“Məhkəmə işnə təqdim olunan və məhkəmə iclasında verilən sübutlarla birlikdə, sübuta yetirilmişdir ki, Miaxil Saakaşvili tərəfindən, Aleksandre Qirqvlianinin işinə aidiyyatı olan yüksək vəzifəli şəxslər Qeronti Alania, Avtandil Aptsiauri, Mixail Bibiluridze və Aleksandre Qacavanın əfv olunması vədini vermişdir. Müvafiq olaraq, vəzifəli şəxslər məhsuliyyətdən azad olunub, bu isə zərərçəkənin ailə üzvlərinin və dövlətin qanuni maraqlarının  pozulmasına səbəb olub” – deyə məhkəmə bəyənatında bildirilib.

Mənbə: NetGazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register