Gürcüstanda İran vətəndaşı narkotik vasitəsinə görə saxlanılıb
DİN-in məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində, narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə, İran vətəndaşı 1988-ci il təvəllüdlü, keçmişdə mühakimə edilmiş H.K. saxlanılıb.
Nazirliyin məlumatına görə, ittiham olunan şəxs narkotik vasitələri davamlı olaraq satırmış. Hüquq mühafizəçiləri, saxlanılanın yaşadığı evin axtarışı zamanı bubrenorfin tərkibli narkotik vasitənin 2 həbini tapıblar. Polis H.K. tərəfindən satılmış, bubrenorfin tərkibli narkotik vasitənin 40 həbini sübut kimi götürüb. Narkoloji yoxlayış zamanı, ittiham olunan şəxsdə opium, metadon və marixuanadan istifadə etmə faktı təsdiqlənib. İstintaq böyük miqdarda narkotik maddənin dəfələrlə qanunsuz əldə edilməsi-saxlanılması və satılması faktına dair, CM-nin 260-cı maddəsinin 3-cü və 5-ci hissəsinin a və d aşağı bəndinə əsasən aparılır.
Bu maddələrdə 7 ildən 14 ilə qədər müddətdə azadlıqdan məhrum edilmə nəzərdə tutulur.
Mənbə: NetGazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments