2017-ci ildə Gürcüstana 7,554,936 sayda turist gəlib

tbilisi

2017-ci ildə Gürcüstana 7,554,936  sayda turist gəlib ki, bu 1,194,433 qədər keçən ilin analoji dövrü ilə müqayisədə çoxdur və +18.8% artım qeydə alınır, – bu haqda Milli Turizm Administrasiyasının rəhbəri Qiorqi Çoqovadze keçən ilin göstəricilərinin yekunlaşdırılması zamanı bildirib.

Qiorqi Çoqovadzenin bəyənatına görə, 2018-ci ildə 8 milyondan çox turist və turizmdən 3 milyard dollardan çox gəlir gözlənilir.

Milli Turizm Agentliyinin göstəricilərinə görə, 2017-ci ilin yanvar-dekabr göstəriciləri ilə 24 saat və daha çox Gürcüstanda qalan turistlərin sayı 3,478,932 nəfər təşkil edib ki, bu da 2016-cı ilin yanvar – dekabr göstəricilərindən 757,962 nəfər çoxdur (artım +27.9%).

2017-ci ildə ən çox səfər Ermənistandan 1,718,016 (+14.8%), Azərbaycandan 1,694,998 (+11.2%), Rusiyadan 1,392,610 (+34.1%), Türkiyədən 1,246,745 (-0.8%), İrandan 322,938 (+118.3%) nəfər təşkil edib.

Müsbət tendensiya Avropa İttifaqı ölkələri istiqamətində qalmaqdadır, yanvar-dekabr aylarında Gürcüstana gəliş baxımından say artımı ilə seçilib. Birləşmiş Krallıq +39.9%, Niderland +31.1%, İspaniya +29.9%, Fransa +29.6% və Almaniya +25.7%. Xüsusi artım sonrakı ölkələrdə də qeydə alınıb: İordaniya +316.1%, Səudiyyə Ərəbistanı +164.6%, Küveyt +154.3%, İran +118.3%, Hindistan +64.1%, Çin +54% və.s.

Mənbə: NetGazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register