Dünyanın “ən bahalı arağı” tapılıb

Dünyada ən bahalı olduğu deyilən arağın boş şüşəsi Danimarkadakı inşaat sahəsində aşkar olunub.
Kopenhagen barlarının birinə məxsus içkilər kolleksiyasında sərgilənən araq çərşənbə axşamı günü naməlum şəxs tərəfindən oğurlanmışdır.
Barda quraşdırılmış müşahidə kameralarının çəkdiyi videoda içəriyə daxil olan şəxsin arağı götürüb çıxdığını görmək olar.
Russo-Baltique şirkəti tərəfindən istehsal olunan arağın qiyməti 1,3 mln. dollardır (2.2 AZN).
Arağın şüşəsi qızıl və gümüşdən hazırlanıb, onun qapağı brilyantlarla bəzədilib.
- Kreml onlayn ərzaq satacaq
- Britaniya mətbuatı: İçki şəxsiyyəti dəyişmir, əslində olanı ortaya qoyur
- İçki kalkulyatoru: Sizin içki içmə milliyətiniz nədir?
“Arağa nə olduğunu bilmirəm, lakin şüşə boş idi”, – Kopenhagen polisinin sözçüsü Riad Tooba AFP agentliyinə deyib.
Araq şüşəsinin sınmamış halda olduğu bildirilir.
Mənbə: www.bbc.com/azeri
Amil Məmmədov2286 Posts
0 Comments