Alpinistlərin itkin düşməsilə bağlı cinayət işi açılıb

bbc

10 gündən artıqdır ki, 3 alpinistin axtarışı üzrə davam edən əməliyyat fonunda Baş prokurorluq səhlənkarlıq maddəsi ilə bağlı cinayət işinin açıldığını elan edib.

Baş Prokurorluq bildirir ki, dekabrın 23-də zirvəyə qalxmaq məqsədilə “Xınalıq” keçid məntəqəsindən “Tufandağ” istiqamətində hərəkət edərək naməlum şəraitdə “itkin düşmüş” Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin işi ilə bağlı araşdırma üzrə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır”, – Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin məlumatında deyilir.

Hazırda axtarış tədbirləri FHN, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən davam etdirilir.

Axtarış işlərinin hava şəraitinə görə çətinləşdiyi qeyd olunur.

Şənbə günü FHN-nin yaydığı daha bir xəbərdə axtarışların aparıldığı Quba rayonuna Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə mütəxəssislərinin baş çəkdiyi bildirilir.

FHN bildirir ki, bu səfərin məqsədi yerli dağ-xilasedicilərinin “bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri” keçirməkdir.

“İtkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulmuşdur”.

alpinist

     Mənbə: www.bbc.com/azeri

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register