Saxta sənəd, möhür və blankın hazırlanması, satışı və istifadəsi ittihamı ilə Tbilisidə iki nəfər sxlanılıb

DİN

DİN-in məlumatına görə, saxta sənəd, möhür və blank hazırlamaqda, satmaq və istifadə etmək ittihamı ilə Tbilisidə 1966-cı il təvəllüdlü M.P. və 1969-cu il təvəllüdlü İ.M. saxlanılıb.

Diğomidə yerləşən “Qadamzidi 2012 MMC ”nin əməkdaşı M.P. maddi ödəmə qarşılığında vətəndaşların pasportuna müxtəlif ölkələrin saxta möhürünü vurmağı təklif edirmiş və bunu onun köməkçisi İ.M. hazırlayırmış.

Hüquq mühafizəçiləri “Qadamzidi 2012 MMC”nin ofisində aparılan axtarış nəticəsində 18 pasport, İ.M-nın evində isə – 5 pasport tapıblar. Eləcə də saxlanılan müxtəlif ölçülü və formalı 28 möhürü sübut olaraq götürüblər”, – DİN tərəfindən yayımlanan bəyənatda qeyd edilir.

Nazirliyin məlumatına görə, ittiham olunanlar keçmişdə də mühakimə olunublarmış. Saxlama əməliyyatı isə nazirliyin cinayətlə mübarizə idarəsinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı idarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

İttihamın təsdiqlənməsi halında ittiham olunanları cərimə və ya 3 ilə qədər müddətə azadlıqdan məhrum edilmə gözləyir.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register