Marneuli üçün 85 “Ağıllı kamera” alınıb

wkviani videokamera

Bir neçə gün əvvəl Marneuli Meriyasında 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov qeyd etdi ki, “Ağıllı kameralar” Marneuli Bələdiyyəsi artıq əldə edib və montaj edilmə yaxın gələcəkdə planlaşdırılır. Marneuli sakinləri kameraların montaj olunması haqqında nə düşünrlər bu haqda sorğu apardıq.

Marneulinin Maliyyə-Büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov Bələdiyyədə kameraların montaj olunmasını əhəmiyyətli şəkildə qiymətləndirdi və qeyd etdi ki, hal-hazırda Marneuli Bələdiyyəsi üçün 85 kamera alınıb və Gürcüstanın DİN-də saxlanılır.

“2017-ci ilin büdcə planında kameraların alınması və quraşdırılması üçün 480 min lari var idi. 2017-ci ildə alınma və quraşdırılma üçün 305 575 lari xərcləndi. 2017-ci ildə 174 425 lari həcmində Daxili İşlər Nazirliyi tərəfindən birgə tender elan olunub və tender tamamlanıb. Keçən ilin büdcəsindən qalan 174 425 lari isə 2018-ci ilin büdcəsində də nəzərdə tutulub və müqavilə bizə gələndən sonra, işlər tamamlandıqdan sonra bələdiyyə tərəfindən həmin pul da köçürüləcək”.

Məmmədovun sözlərinə görə, onda olan məlumata əsasən kameralar aprelin sonuna qədər montaj olunacaq, amma konkret olaraq onların harada montaj olunacağı haqqında məlumatı yoxdur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register