Sakinlər ictimai nəqliyyat problemindən şikayətlənirlər

Marneuli Bələdiyyəsində əhalinin illərdir ki, ictimai nəqliyyatla bağlı problemləri var. Sorğu apardığımız şəxslərin əksəriyyəti gec saatlarda marşrutların olmamasından şikayət edir. Yerlilərin dediyinə görə, axşam saat 6-dan sonra onlar evə taksi ilə qayıtmalı olurlar.
2018-ci ilin yerli büdcəsinin planına əsasən nəqliyyata 3 min laridən çox məbləğ ayrılıb. 2017-ci ilin planına əsasən 7 min laridən çox, 2016-cı ilin planında isə beş min laridən çox məbləğ nəzərdə tutulubmuş. Bələdiyyə bu məsələ ilə bağlı müsahibə vermir və tələb edirlər ki, rəsmi müraciət edək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments