Avtomobil qəzaları zamanı 9 ay ərzində 94 piyada dünyasını dəyişib, onlardan 8 nəfəri uşaqdır
DİN-in məlumatına görə, 2017-ci ildə 9 ay ərzində (Yanvar-sentyabr) cəmi 4436 yol hadisəsi qeydə alınıb – qəzalar zamanı 384 nəfər dünyasını dəyişib, 6280 nəfər yaralanıb.
Statistik məlumatı “Netgazeti” DİN-dən əldə edib. DİN-in məlumatına görə, içkili vəziyyətə görə – 117 yol nəqliyyat hadisəsi olub və bu zaman 9 nəfər dünyasını dəyişib, 174 nəfər isə yaralanıb.
Sürətə görə – 291 yol nəqliyyat hadisəsi baş verib ki, bu zaman 52 nəfər dünyasını dəyişib, 460 nəfər yaralanıb.
Nəqliyyat hadisələri zamanı 16 yaşa qədər 16 uşaq dünyasını dəyişin, 722 isə yaralanıb. Yol nəqliyyat hadisəsi zamanı 94 piyada dünyasını dəyişib, 1359 nəfər isə yaralanıb. Uşaqlara gəldikdə isə, piyada olaraq 8 uşaq dünyasını dəyişib, 245 isə yaralanıb.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments