İsfahan Əliyev və Ramil Mehdiyev Gürcüstana qələbə qazandırıblar

idmancilar

2018-ci il yanvarın 6-da, Turkiyənin Samsun şəhərində Türkiyə Kikboksinq Federasiyasının və Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə peşəkarlar arasında kikboksinq yarışı keçirilib. Yarış “Cezair Fight Arena”da baş tutub. Yarışmada Gürcüstanı dörd idmançı təmsil edib.

“Cezair Fight Arena”da baş tutan turnirdə Qardabanidən olan İsfahan Əliyev və Marneulidən olan Ramil Mehtiyev iştirak edib və hər iki idmançı peşəkar döyüşdə Türkiyəli rəqiblərini məğlub ediblər. 65 kq çəki dərəcəsində iştirak edən İsfahan Əliyev rövanş döyüşündə öz rəqibinə qalib gələrək “Peşəkar Kəmər” sahibi olmuşdur. 75 kq çəkidə iştirak edən idmançı Ramil Mehtiyev isə rəqibi üzərində naqdaunla qalib gələrək ikinci yerə sahib olmuşdur. Onlar Gürcüstan bayrağını Türkiyədə ucaldıblar.

Qardabanidən olan iki idmnçı isə 54 kiloqram çəki dərəcəsində İsmail Səfərov və 60 kiloqram çəkidə olan Emil Xəlilov ikinci yer mükafatına layiq görülüblər. Yarış on çəki dərəcəsi üzrə keçirilib.

Yarışda komandaya rəhbərliyi Ümumdünya Döyüş Növləri Mərkəzinin (WFMC) Gürücstan Təşkilatının prezidenti Tofiq Əkbərov edib. Marneulinin Təzəkənd kəndindən olan Tofiq Əkbərov Kikboksinq üzrə Dünya Kubokunun sahibi və Kikboksinq idman ustasıdır. O, Marneuli Radiosuna müsahibəsi zamanı bildirdi ki, 2018 ci ildə beş döyüş üzrə yarışlara dəvət alıblar.

“Peşəkar Kəmər”in sahib İsfahan Əliyev Qaracalar Kikboksinq klubunun məşqçisdir və həmdə direktorudur. O radiomuza müsahibəsi zamanı bildirdi ki, hazırlığına güvənərək yarışa qatılıb.

Onu da qeyd edək ki, Tofiq Əkbərovun sözlərinə görə idmançılar əldə etdikləri qələbələrdən sonra mart ayında İstanbulda keçirləcək növbəti peşəkar yarışda da iştirak etmək üçün lisensiya qazanıblar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register