Ailələri tərk etmək- Şaumyanidə çətin həyata qatlaşmaq

5

Marneulidən yarım saatlıq məsafədə Şaumian kəndində qaçqınlar məntəqəsində eyni ağrının birləşdirdiyi əhalini görə bilərsiniz. Onlar 2008-ci ilin müharibə dövründə Böyük və Kiçik Liaxvi xiyabanından gəliblər. Şaumianidə köhnə hərbi bazanın binalarında 280 ailə yerləşdirilib. Əksəriyyəti kənddə olan ağır şərtlərə dözməyiblər və başqa yerə gediblər. Əhali ən böyük problem olaraq suyu qeyd edir. Gün ərzində iki saat su gəlir və o, da içmək üçün yararsızdır. Kənd əhalisinin sözlərinə görə, içməli su mədə-bağırsaq və zob kimi müxtəlif problemlər yaradır. Şaumianda yaşayan qaçqınlar öz evlərini xatırlayırlar və kənd təsərrüfatı ilə ailələrini saxladıqları vaxtlar üçün darıxırlar. Əkin-biçin torpaqlarından isə o qədər məhsul götürürlərmiş ki, satırmışlar və ailələrini saxlayırmışlar. Burada isə məhsul yetişdirmək üçün suvarma suyu da yoxdur.

“Suvarma suyu yoxdur. Kartof çıxarana kimi torpaqda bişir. Lobyanın toxumları olan kimi böcək düşür. Hər şeyə dərman vurulmalıdır. Su yoxdur deyə suvarılmır və ona görə də torpaq bu vəziyyətdədir”.

Şaumianın ərazi vahidliyinin mütəxəssisi, Badri Qorqadzenin sözlərinə görə, suvarma suyu problemininin həlli məqsədi ilə Marneuli Bələdiyyəsinin 2018-ci il büdcəsində məbləğ nəzərdə tutulmayıb və heç bilmir də konkret olaraq yayda yerlilər öz əkinlərini suvara biləcəklər ya yox.

“Suvarma suyu 2013-2014-cü illərdə orada düzəldildi. Əkinlər üçün də su qaydasına salınmalıdır ki, su hər iki məntəqəyə yetsin. Bununla bağlı hələ müzakirə aparılmayıb. Dəqiq bilmirəm”.

Badri Qorqadze Şaumianın qaçqın məntəqəsində olan içməli suyun sağlamlığa zərərsiz olduğunu qeyd edir.

“Onun analizini2-3 ayda bir  “Su Kənd” edir və müvafiq təşkilat nəticəni göstərir ki, su içməyə yararlıdır ya yox”.

Sakinlərdən biri Asmat Xaduri sürünənlərin çoxluğundan danışır və ilanların əhatisindən güclə qurtardığı günü xatırlayır.

“Sarımsaq toxalayırdıq. Onları təmizləməli idim. Sonra ürəyim pis oldu və yıxıldım. Çox qorxdum. Tarlaya gəldik haraya ayağımı qoyurdum beş-altısı var idi”.

Sürünənlərlə bağlı Badri Qorqadze deyir ki, Marneuli Bələdiyyəsində xüsusi xidmət yoxdur ki, bu məsələ üzərində çalışsın.

“İilanlarla bağlı bir neçə dəfə müzakirə aparmışıq sadəcə bu mövzuda ilanlarla mübarizə üçün konkret xidmət yoxdur. Onda icra başçısının müavini Temur Beridze idi. Bu məsələ ilə maraqlandı və belə bir xidmət də yarandı ki, bu mövzuda anlayışı olan şəxs göndərsinlər. Ancaq belə kadr tapılmadığına görə məsələ o yerdə də qaldı”.

Şaumianda qaçqınlar məntəqəsində yaşayanların ən böyük arzusu öz kəndlərinə qayıtmaqdır.

“Maneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register