Gürcüstan pasportu beynəlxalq reytinqdə irəlilədi
Şengen zonası dövlətləri ilə vizasız rejimin qüvvəyə minməsi nəticəsində, Gürcüstan vətəndaşı pasportu 15 mövqe irəli çıxdı.
Pasportların reyqtinqini “Henley&Partners” şirkəti dərc etdi.
Reytinqə uyğun olaraq, 199 ölkə arasında Gürcüstan 53-cü yerdədir. Bundan əvvəlki reytinqdə isə 68-ci yerdə idi.
Hesabata əsasən, Gürcüstan vətəndaşları vizasız və ya asanlaşdırılmış qaydada dünyanın 99 ölkəsinə səfər edə bilərlər.
Pasportlar reytinqində Almaniya liderlik edir, ikinci yerdə isə Sinqapurdur.
Ukrayna 44, Rusiya 48, Türkiyə 50, Azərbaycan isə 72-ci yerdədir.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments