Ana Natsvlişvili Prezidentin Parlament katibi olub

Ana Natsvlişvili

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının keçmiş sədri Ana Natsvlişvili, Prezidentin Parlament katibi olub. O, bu vəzifədə Ana Dolidzeni əvəz edib. Ana Dolidzeni Prezident Ədliyyənin Ali Şurasının üzvü olaraq təqdim edib. Prezident Natsvlişvilini bu vəzifəyə biraz əvvəl təyin edib.

Ana Natsvlişvilinin təcrübəsi belədir:

2007-2008-ci illərdə Böyük Britaniyada, Beynəlxalq “19-cu maddə” QHT və Cənubi Afrikada, Kvazulu-Natali Universitetinin hüquq klinikasında təcrübə keçib;

2008-2011-ci illərdə Gürcüstanda, hüquq müdafiəsi təşkilatı İnsan Hüquqları Mərkəzi və Beynəlxalq Təşkilat həbsxanalar üzrə beynəlxalq reformanın Cənubi Qafqaz ofisində çalışıb;

2012-ci ildə Böyük Britaniyada, Eseks Universitetində olan keçici ədalət şəbəkəsində çalışıb.

2013-cü ildə ATƏT-in Demokratik İnstitutunda və İnsan Hüquqları Ofisində çalışmağa davam edib.

2014-cü ildən çalışmasını Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasında davam edib, 2014-2017-ci illərdə isə üç dəfə təşkilat sədri olaraq seçilib. Həmin dövrdə o, 30-dan çox QHT-dən ibarət Koalisiyaya rəhbərlik edib. On.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register