Mirzə Şəfi Vazeh küçəsində mehmanxanaın tikintisinə etiraz ediblər
Qədim Tbilisidə, Mirzə Şəfi Vazeh küçəsində bu gün, vətəndaş qrupu toplaşıb və mehmanxananın tikintisinə görə qayanın kəsilməsinə və tarixi məntəqənin dəyişdirilməsinə etiraz ediblər.
Aleksandre Elisaşvilinin sözlərinə görə, Tbilisinin unikallığı onun lantşaftındadır, yeni tendensiya ilə lantşaftı arxitektura ilə qarışdırırlar və bunun üçün qayanı sındırırlar, bu isə qəbul edilməzdir.
“Həmçinin bilmirik hansı layihədir, çünki burada yalnız tenderlər vurulub. Bizim təcrübəmizdə var ki, kompüter qrafikasında bir şey göstərilib tikintidən sonra isə başqa şey görmüşük. Bu aksiyanın nəticəsi, odur ki, tikənlər kimdirsə bu günü razılaşdıq və görüşəcəyik. Mən istəyirəm ki, tenderi deyil layihəni bizə göstərsinlər” – deyə o, Netgazetiyə bildirib.
Mirzə Şəfi küçəsinin layihəsi ilə bağlı vətəndaş qrupu yaxın gələcəkdə müxtəlif şəkildə aktivliklər planlaşdırır.
Mehmanxananın tikintisinin başlama mərasimi 18 dekabrda baş tutub. Mərasimdə Tbilisinin meri Kaxi Kaladze, Gürcüstan-İsrael biznes palatasının rəhbəri İtsik Moşe və turizm administasiyasının rəhbəri Qiorqi Çiqovadze iştirak ediblər.
Mənbə: NetGazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments