Mixeil Saakaşvili Maydanda xalqın güllələnməsi ilə bağlı dindirildi

mixeil

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, Ukraynanın baş prokurorluğu tərəfindən, Maydanda insanların güllələnməsi ilə bağlı dindirilib.

Bu məlumatı Mixeil Saakaşvilinin özü təsdiqlədi.

Onun dediyinə görə, yanvarın 9-da onun dindirilməsi iki saat davam edib.

“Yeni qüvvələr hərəkatının” lideri Mixeil Saakaşvili jurnalistlərə bəyan etdi ki, müstəqilliyini əldə etdikdən sonra Ukraynada üç əsas cinayət açılmayıb.

“Maydanda insanların güllələnməsi ilə bağlı sorğulandım, yəqin ki, yaxında Roma İmperiyasının dağılması məsələsi ilə bağlı da məni sorğulayacaqlar. Halbuki müstəqilliyini əldə etdikdən sonra, Ukraynada üç əsas cinayətin üstü açılmayıb: Giorgi Ğonğadzenin qətli, prezident Yuşenkonun zəhərlənməsi və Maydanda xalqın gülləyə tutulması”.

Bütün bunlardan irəli gələrək, ancaq bir qərara gəldim ki, iqtidarda elə cinayətkarlar var, hansılar ki, bu işlərin açılmasına mane olurlar. Maydanda insanların güllələnməsi ilə bağlı məni dindirdilər, çünki Silvio Berluskoni film sifariş edib, hansına əsasən, guya mən gürcü snaiperlərinə, xalqı güllələmə əmri vermişəm” – dedi Mixeil Saakaşvili.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register