2017-ci ildə 79 Pereydanlı gürcüyə Gürcüstan vətəndaşlığı verildi
2017-ci ilin yanvarın 1-dən oktyabrın 9-na qədər, Gürcüstan prezidenti 79 Pereydanlı gürcüyə Gürcüstan vətəndaşlığı verib.
Bu barədə məlumat Dövlət Servisləri Agentliyinin vətəndaşlıq məsələləri üzrə komisiyasının hesabatında verilib.
Hesabata əsasən, ümumi keçən il komisiya 5 321 vətəndaşın ərizəsini müzakirə edib və onlardan 3 097 üçün müsbət qərar verərək, siyahını Gürcüstan prezidentinə təqdim edib.
Prezident isə, agentlik tərəfindən müsbət rəy alan 3 097 nəfərdən 3 000-nə Gürcüstan vətəndaşlığı verib.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments