Tamaz Naverianinin cərimə olunmasıyla bağlı məlumatı yoxdur

Tamaz Naveriani

Əmlak bəyannaməsi qaydalarını pozmasına görə, 2017-ci ildə 10 nəfər fəaliyyətdə olan, 2 nəfər isə keçmiş deputat 1000 lari həcmində cərimələnib.

İctimai Xidmət Bürosunun məlumatına görə, cərimə olunanlar Parlament çoxluğunun nümayəndələri Arçil Talakvadze, Akaki Zoidze, Ququli Mağradze, Mixeil Kavelaşvili, Otar Çrdileli, İrakli Abuseridze, Zviad Kvaçantiradze, Tamaz Naveriani və Paata Zoidze, müstəqil deputat Ramaz Nikolaişvili, həmçinin Parlamentin keçmiş üzvləri Temur Maisuradze və Vladimer Açbadır.

Qayda pozuntuları əsasən texniki xarakterlidir.

Bəyannamələri yoxlanılan parlament üzvlərindən Xatuna Qoqorişvili və Davit Bakradzenin bəyannamələrində heç bir çatışmazlıq aşkar olunmayıb.

İctimai Xidmət Bürosunun məlumatına görə, keçən il 287 bəyannamə yoxlanılıb.

224 nəfər məmur cərimə olunub, 56 bəyannamədə isə çatışmazlıq və ya səhv qeydə alınmayıb.

Aşkar olunan pozuntular əsasən bunlardır: Daşınmaz əmlakın bəyan olunmuş və real sahələri arasında uyğunsuzluq, ailə üzvlərininbəyan olunmamış daşınmaz əmlakı (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi), bank hesabı bəyannaməsi doldurulan gün ilə bank hesabı çıxarışı arasında qeydə alınan məbləğ arasında fərq, Bəyan olunmamış bank hesabları (əlavə), kredit müqaviləsi olduğu halda qeyri-düzgün hesablanmış maddi nəticələr.

Sahibkarlıq fəaliyyəti göstərilməsi halında vəzifəli şəxslərsəhmləri və ya fərdi sahibkarlıq fəaliyyətini göstərməyiblər.

Ailə üzvlərinin və ya özlərinin gəlirlərini tam şəkildə göstərməyiblər. Misal üçün, sənəddə köçürülən məbləğ deyil, əldə olunmuş gəlir göstərilib.

Biz Tamaz Naveriani ilə əlaqə saxladıq. O, bildirdi ki, həmin çatışmazlıqlar barədə məlumatı yoxdur və qeyd etdi ki, bəyannamədə aşkarlanmış çatışmazlıqlara görə cərimə olunduğundan da xəbəri yoxdur.

“Bilmirəm söhbət hansı qeyri-dəqiqlikdən gedir, mən burada deyildim, dünən gəlmişəm, aydınlaşdırıb sizinlə əlaqə saxlayacam. Həmkarımın bəyannaməsində 140 lariyə qədər qeyri-dəqiqlik var idi, məndə bu məlumat var və ona da bu cərimə yazılmışdı”.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register