Kaxa Kaladze: “Tbilisidə külək nəticəsində dəyən zərər qarşılanacaq”
Tbilisi meri, Kaxa Kaladzenin sözlərinə görə, gecə, külək nəticəsində dəyən zərər qarşılanacaq. Tbilisi hökumətinin bugünkü iclasında mer icra başçısına zərəri öyrənməyi tapşırıb.
“Bilirəm ki, bütün gecə ərzində, icra hakimiyyətinin bütün əməkdaşları və siz də – icra başçıları, prosesə aktiv şəkildə qoşulmuşdunuz. Yaşayış evlərinin dam örtüklərinə zərər dəyib. Xahiş edirəm ki, maksimum dərəcədə bütün zərəri öyrənək və əhalinin yanında olaq. Eləcə də, qısa müddətdə konkret planlar işlənsin ki, layihə həyata keçirilsin”, – Kaxa Kaladze icra başçılarına müraciət edib.
Gecə saatlarında əsən külək nəticəsində bir neçə binaya zərər dəyib. Fövqəladə Halların İdarəsi Agentliyindən deyirlər ki, ətraflı məlumatı hökumət administrasiyası verəcək.
Mənbə: On.ge
Amil Məmmədov2286 Posts
0 Comments