Maçalikaşvilinin atası – Bu mərhələdə istintaqa etibar edirəm, sonrasını isə bilmirəm

malxas

“Bu mərhələdə istintaqa etibarımı bildirirəm, əgər gözləntimizi doğruldmasa, sonrası üçün cavabdeh deyiləm” – bu barədə bəyanatı Pankisi dərəsində həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən gəncin atası Malxaz Maçalikaşvili verdi.

Pankisi dərəsinə bugün “Leyborist” partiyasının lideri Şalva Natelaşvili gedib və Birinci kanalın jurnalistinin verdiyi məlumata görə, Maçalikaşvili bu bəyanatı Şalva Natelaşvili ilə söhbət zamanı verib.

“Sağ olduğum müddətdə oğlumu öldürən adamı yerin altında da olsa tapacam və ailəsi ilə bərabər yer üzündən siləcəm. İqtidardan xahiş edirəm o insanın üzünü mənə göstərsinlər, onun cəzalandırılmasını sadəcə mən deyil, bütün Pankisi əhalisi tələb edir. Bu mərhələdə istintaqa etibar edirəm, amma sonrasını bilmirəm” – deyib Temirlan Maçalikaşvilinin atası.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register