Marneuli sakinləri elektrik enerjisini bahalaşmış tariflə ödəməli olacaqlar

deni

Marneuli sakinləri elektrik enerjisi ödənişlərini artıq bahalaşmış tariflə ödəməli olacaqlar. “Energo Pro Georgia” şirkətinin qaynar xəttindən aldığımız məlumata görə, Gürcüstan Energetika və Su Təminatının Tənzimlənməzi üzrə Milli Komissiyasının qərarına əsasən elektrik enerjisinin tarifləri bütün Gürcüstan miqyasında bahalaşıb.

Belə ki, 1 kvt-dan 101 kvt-a qədər qiymətlər 12,95 tetridən 14,24 tetriyə, 101 kvt-dan, 301 kvt-a qədər 16,93 tetridən 18,21 tetriyə, 301 kvt-dan yuxarı isə 21,45 tetridən 22,73 tetriyə yüksəldilib.

Xatırladaq ki, yüksəldilmiş tariflər 1 yanvar 2018-ci ildən qüvvəyə minib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register