150 000 lari xərclənməsinə baxmayaraq heç bir nəticə yoxdur
Marneulinin Mərkəzi stadionunun bərpa planının tərtibi üçün Bələdiyyə 150 000 lari xərcləyib. Bələdiyyənin layihə-hesabat sənədlərini əldə etmək üçün 150 min ödəməsindən sonra bir il keçib. Tenderdə MMC “Sauki” 2016-cı ilin 19 avqustunda qalib gəlib. Onlar tərəfindən tərtib olunan plana əsasən Marneulinin stadionu 1500 nəfərlik idi, yüksək keyfiyyətli süni otlarla örütləcəkdi, müasir növ diod tablo montaj olunacaqdı, parkin sahəsi, 2 mərtəbəli bina, 4 ayaqyolu, 6 hamam və 30 nəfər üçün nəzərdə tutulmuş mətbuat konfransı zalı olacaqdı. Ümumilikdə stadion FİFA-nın ikinci kateqoriya tələblərini qane edəcəkdi.
Marneuli Bələdiyyəsinin keçmiş icra başçısı, Merab Topçişvili Marneuli Radiosu ilə söhbəti zamanı bildirdi ki, stadonun planının işlənilməsi xarici investorların böyük marağına görə olub. İlk növbədə layihənin təqdimatı da oldu və orada təxmini investorlar və idman nazirliyinin nümayəndələri də iştirak edirdilər.
Buna baxmayaraq Marneulinin mərkəzi stadionu bu gün də pis vəziyyətdədir və çox hallarda mal-qaranın otlaq funksiyasını yerinə yetirir.
ფოტო: ფაქტ-მეტრი
Marneuli Bələdiyyəsinin meriyasının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Mariam Xaçidzenin sözlərinə görə, Bələdiyyənin iqtisadiyyat və infrastruktur xidməti tərəfindən stadionun bərpası üçün məbləğin axtarılması artıq il yarımdır davam edir. Amma Mariam Xaçidze bizə təxmini investorların kimliyini bildirmək istəmədi.
Marneulinin Mərkəzi stadioununun bərpası üçün ümumilikdə 6 395 536 lari lazımdır.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments