Mixeil Çxenkelinin sözlərinə görə, müəllimlər üçün maaş və əlavələrin yeni modelinin yaradılması planlaşdırılır

Elm və Təhsil Nazirliyi müəllimlər üçün maaşların və əlavələrin yeni modelinin yaradılmasını planlaşdırır.
Bu haqda Elm və Təhsil naziri Mixeil Çxenkeli “Moambe”-nin efirində danışıb.
“Təlimlərin məzmunu dəyişəcək və konkret bacarıqların əldə edilməsinə istiqamətlənəcək. Pedaqoqlar dərs prosesində istifadə edəcəkləri bacarıqlar əldə edəcəklər. Müəllimlərin maaş sxeminə baxış keçiriləcək. Ola bilsin müəllimin əlavələri dərs saatına bağlı olmasın, ancaq bu hələ ki, işləmə mərhələsindədir.”
Məktəbdə planlaşdırılan ən böyük yenilik yeni layihə “Evrika”dır.
Layihə çərçivəsində Universitetlərin lektorları şagirdlərə onlayn dərslər keçəcəklər.
Mənbə: Etaloni.ge
marneulifm1106 Posts
0 Comments