“Marneuli” Radiosunun efirində yeni “Gənc Marneuli” verlişi yayım həyatına başlayır

Genc Marneuli

Hər şənbə saat 12-də 96.9 fm-də yeni Gənc Marneuli verlişi efir həyatına başlayır.

Verliş Marneuli radiosunun könüllüləri Pərvin Hacıyeva və Rəbiyyə İlqar qızının təqdimatında yayımlanacaq.

Verliş əsasən gənclərə və özünü gənc hiss edən hər kəsə xitab edəcək. 2 saat ərzində verlişdə dünyada baş verən son musiqi, film xəbərləri yer alacaq. Həmçinin hər verlişdə yeni rok qruplar dinləyicilərə təqdim olunacaq.

Verlişdə siz müasir musiqi ilə yanaşı , maraqlı məlumatlarda dinləyə bilərsiz. Növbəti verliş üçün mövzunu isə məhz dinləyicilər təklif edəcək , onlar  557 994 415 mobil nömrəsinə verliş zamanı zəng edərək təkliflərini deyə bilərlər.

Eyni zamanda gənc Marneuli sakinlərindən müasir musiqi ilə məşğul olanlar radio ilə əlaqə yaradaraq verlişin qonağı ola bilərlər.

Əlaqə  üçün mobil telefonlardan  557 994 415 nömrəsinə zəng vura, marneulifm@gmail.com email yaza bilər, eyni zamanda facebookdan www.facebook.com/marneulifm/ , Instagram –MarneuliFM  radionun rəsmi səhvəsinə yaza bilərsiz.

Sabah 13 yanvar 2018  Şənbə günü saat 12-də 96.9 fm-də yeni “Gənc Marneuli “ verlişi efir həyatına başlayır.

“Marneuli” Radiosu FM 96.9

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register