Valideynlər qaçırılan qızı evə geri qaytarıblar

gatacebaa

20 yaşlı Təhminəni öz evinin həyətindən evlənmək məqsədi ilə qaçırıblar. Hadisə Bolnisinin kəndlərindən birində baş verib. Qaçıran şəxs Marneuli Bələdiyyəsində yaşayır. Təhminənin kəndi Bolnisinin mərkəzindən bir neçə kilometr aralıda yerləşir, onun kəndi başlayan yerdə asfalt qatı bitir.

Kəndin girişində gənc oğlanlar qarşımıza çıxdı, onlar Təhminənin evinə qədər bizi apardılar. Evə qədər bir neçə palçıqlı küçəni keçdik. Mavi dəmir qapının arxasında iki mərtəbəli sarı rəngli evdən kişi və qadın bizi qarşılamağa çıxdı. Təhminənin ata-anası müsahibə verməyə razı olmadılar, ancaq təsdiqlədilər ki, qız artıq evdədir və onun üçün təhlükə yoxdur. Məsələ ilə bağlı valideynlər danışmaq istəmədi və polisdən məlumat almağımızı xahiş etdilər. Gözlənilmədən üç kişi və bir qadın həyətə girdi. Məlum oldu ki, onlar qızın ailəsindən qaçıran şəxsin ailəsini şikayət etməmələrini və barışmağı tələb edirdilər.

Söhbət fiziki və sözlə qarşıdurmaya çevrildi. Təhminənin valideynləri barışmaq üçün gələnlərə deyirdilər ki, çıxıb getsinlər, ancaq söhbət bitmirdi. Səs-küyə Təhminə evdən bayrıa çıxdı və stressdən evin həyətində ürəyi getdi. Qızın valideynləri polis çağırdılar. Polis barışmağa gələnlərə izah etdi ki, onların tələbi qanuna ziddir və getsinlər.

Biz Təhminənin valideynləri ilə söhbət etdik. Onların dediyinə görə, qız Marneuli kollecində kompüter elmləri fakultəsində təhsil alır. qonşular deyirlər ki, son illərdə qızların qaçırılması kənddə olmayıb.

Qeyd olunan məsələ ilə bağlı CM-nin 143-cü maddəsinə əsasən istintaq başlayıb. Maddə azadlıqdan qeyri-qanuni məhrum etməni nəzərdə tutur. İndiki mərhələdə istintaq tədbirləri gedir.

“Marneuli” Radiosu 96.9 FM

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register