Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinə dəyişikliklər edildi

sakrebulo

Dünən 11 yanvar tarixində Bələdiyyə Məclisinin növbəti iclası keçirildi. İclasın keçiriləcəyi haqqında məlumat bələdiyyənin veb-səhifəsində yeddi gün öncədən yerləşdirilməli olmasına baxmayaraq, məhz iclasın keçiriləcəyi gün yerləşdirildi.

İclasda iki məsələ müzakirə olundu. Bunlardan birincisi 2018-ci ilin büdcəsinə ediləcək dəyişikliklər, digəri isə “Marneuli Soptskali” MMC (Kənd Suları) və “Saquri” MMC arasında bağlanmalı olan müqavilə idi.

İclasda çıxış edənlərdən Marneuli bələdiyyə məclisinin Maliyyə-Büdcə Komissiyasının sədri Roman Tabatadze Marneuli radiosuna bildirdi ki, büdcəyə dəyişikliklər yalnız İqtisadiyyat Nazirliyi tərəfindən kod kvalifikasiyasının dəyişdirilməsinə görə baş verdi və ümumilikdə büdcə artırılmayıb.

“Dəqiqləşdirilmə oldu, başqa heç nə. Sonra xəzinəyə yazanda heç bir çətinlik olmasın deyə. Bu xərclər büdcədə var idi, sadəcə dəqiqləşdimə oldu, başqa heç nə. Büdcənin bəndi dəyişdirildi. Bələdiyyə Məclisində vəzifə tutmayan iyirmi deputatın səlahiyyətlərini yerinə yetirməsi üçün nəzərdə tutulmuş xərclər olduğu kimi qalıb, bir tetri də artmayıb, sadəcə bəndi dəyişdirilib”.

Roman Tabatadzenin dediyinə görə, dini və digər ictimai fəaliyyətlər üçün büdcə də dəyişməyib, sadəcə bunun üçün ayrılmış 250 000 lari “Digər xərclər” bəndindən “Subsidiyalar” bəndinə keçirilib.

“Marneuli” Radiosu 96.9 FM

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register