Bir il öncə elan olunmuş kanalizasiya layihəsi hələ başlamayıb

kanalizaciis

Marneuli Bələdiyyəsində əhalini kanalizasiya problemi narahat edir. Sereteli kəndinin əhalisinin dediyinə görə,  evlərin həyətlərində onlar özləri kanalizasiya düzəldirlər və bu ətraf mühit üçün təhlükəlidir. Buna baxmayaraq onların başqa yolu yoxdur. Çünki vahid kanalizasiya sistemi yoxdur. Tamriko Qelaşvili Sereteli kəndində evin həyətində kanalizasiya düzəldən sakinlərdən biridir.

“Kanalizasiyamız yoxdur, həyətdə drenaj quyusu qazırıq, bir gün ev başımıza uçacaq. Drenaj da sızıb evi uçuracaq”.

Tamriko kimi kəndin başqa sakinlərini də kanalizasiya problemi narahat edir.

“İçməli suyumuz təmiz deyil, kanalizasiyalar lazımdır”. 

“Qrunt suları çirklənir, çünki evlərdə quyular və kanalizasiya sistemləri düzəldiblər və bu da ətraf mühiti çirkləndirir. Lakin əsasən asan yolu seçirlər və kanalizasiya sisteminə buraxmalı olduqları suyu suvarma arxına buraxırlar”.

Qiorqi Mumladze Seretelidə yaşayır və özünün dediyinə görə, icra başçısının birinci müavini ilə görüşə gedərkən kanalizasiyanın düzəldilməsi haqqında məlumat alıb.

“Bu yaxınlarda bir neçə Tsereteli sakini zal mövzusu ilə bağlı keçmiş icra hakimi müavininin qəbulunda olduq. Söhbət zamanı Zaur Tabatadze bildirdi ki, layihə avqust ayının sonlarından həyata keçiriləcək və mərkəzi kanalizasiya sisteminin bərpa işləri başlayacaq”.

Marneuli merinin birinci müavini Marneuli Radiosunun efirində bir il bundan əvvəl müsahibə vermişdi ki, bir neçə aya mərkəzi kanalizasiya layihəsinin həyata keçirilməsi başlayacaqdı.

“Şəhərin özündə və ətraf kəndlərdə yolların düzəldilməsi layihələrimiz var, Lakin bu işləri görə bilmirik. Gözləyirik, Asiya İnkişaf Fondunun köməkliyi ilə Marneuli və ətraf kəndlərdə kanalizasiya və su borularının bərpa və təmizlənmə işləri həyata keçirilməlidir. Təmizlənmə işləri üç mərhələdən ibarətdir, tullantı kanalizasiyaları tamamilə təmizlənəcək, bunların Algeti çayına tökülməsi nəzərdə tutulur, Algeti çayına tamamilə təmizlənmiş, ekoloji cəhətdən təmiz su töküləcək. Layihənin həyata keçirilməsində İnfrastruktur nazirliyi və su təchizatı birliyi də iştirak edirlər. Gözləyirik, bildiyim qədər layihə hazırdır. Bu ay, o biri ay – başlanmasını gözləyirik” – deyə Zaur Tabatatze bildirib.

Buna baxmayaraq ki, bir ildən də artıq vaxta layihə niyə başlamayıb,mərkəzi kanalizasiyanın qurulması məqsədi ilə nə planlaşdırılır, bu gün Zaur Tabatadze bu suallara cavab vermir. Marneuli meriyasının rəsmi veb-səhifəsində 2017-ci ilin 6 iyulunda yayımlanan məlumata əsasən, Gürcüstanın Birləşmiş su təchizatı kompaniyasının rəhbərliyi və bələdiyyənin icra başçısının birinci müavini Zaur Tabatadze və icra hakimiyyətinin infrastruktur xidmətinin əməkdaşları ilə birgə bələdiyyədə həyata keçiriləcək su təchizatı sisteminin tam bərpası layihəsinin müzakirəsi baş tutub.

Orada oxuyuruq ki, layihə çərçivəsində Bələdiyyənin su təchizatı sistemi tam bərpa olunacaq. Layihənin dəyəri təqribən 60 mln laridir və Marneuli şəhərini, Qızılhacılı, Candar, Sereteli, Saimerlo və Bəylərin içməli suyunu və kanalizasiya sisteminin tam bərpasını nəzərdə tutur. Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşib. Biz Asiya İnkişaf Bankı və Birgə Su Təchizatı Kompaniyası ilə əlaqə saxladıq.

Asiya İnkişaf bankının dediyinə görə, onların siyasətinə həyata keçirilən layihə haqqında müsahibə vermək aid deyil, ancaq su təchizatı kompaniyasının dediyinə görə,  Asiya İnkişaf Bankı ilə danışıqlar gedir. Hələ bir il bundan əvvəl anonsu verilən layihə nə zaman başlayacaq və marneulililər kanalizasiya sistemindən nə zaman istifadə edə biləcəklər hələ ki, bu məlum deyil.

“Marneuli” Radiosu 96.9 FM

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register