Narkosiyasət barədə nə düşünürsünüz? – “Bir saatdan sonra zəng vurun” Marneulili parlament üzvləri

parlamenti

Narkotik maddələr haqqında yeni qanun layihəsinin Parlamentdə müzakirəsi davam edir. Bu məsələ ilə bağlı Gürcüstan pravoslav kilsəsinin patriarxlığı bəyanat yayıb. Bəyanatda qanun layihəsinin çatışmazlıqlarına diqqət yönəldilir və qanun layihəsinin durdurulması tələb olunur. Patriarxlıq tərəfindən yayımlanmış bəyanat əsasən narkotik istifadəçiləri üçün həbs cəzasının tətbiq olunmasına aid idi.

“Hesab edirik ki, narkotikdən istifadə ağır günahdır. Lakin patriarxlıq heç zaman narkomaniya xəstəliyinə tutulmuş şəxslərin həbs cəzalarını dəstəkləməyib və indi də bununla razı deyil” – Patriarxlığın bəyanatında deyilir.

Marneuli radiosu Parlamentin Marneulidən olan üzvlərinin narkosiyasət və Patriarxlığın bəyanatı haqqında fikirləri ilə maraqlandı.

Milli Hərəkat fraksiyasının üzvü Azər Süleymanovun dediyinə görə, o, Patriarxlıqla razıdır və  hesab edir ki, narkotik istifadəçiləri həbs edilməməlidir.

“Patriarxlıq öz ölkəsinin, öz vətəndaşlarının yanındadır. Narkoman olsalar belə onlar bizim vətəndaşlarımızdırlar. Bu insanlar mütləq müalicə olunmalıdır. Qanunda onların həbsxanalarda deyil harada müalicə oluna biləcəkləri yazılacaq. Bir insan kimi, pir Parlament üzvü kimi bu bizim borcumuzdur”.

“Gürcü Arzusu” partiyasından seçilmiş deputat Tamaz Naverianinin dediyinə görə, Patriarxlığın bəyanatı ilə hələ tanış olmayıb, narkosiyasətlə bağlı mövqeyini isə Parlamentin iclasında bildirəcək.

Tamaz Naveriani – “Məlumatım yoxdur, öyrənim, sonra zəng vurarsınız. Nə yayımlanıb, araşdırım, münasibətləri necədir. Patriarxlığın bəyanatına nə şərh verim”?

Vladimer Chkhitunidze – “Sadəcə sizin mövqeyinizi bilmək istəyirik. Dəstəkliyirsiniz ya yox”.

Tamaz Naveriani – “Qanun hələ qəbul olunmayıb. Məsləhətləşmələr davam edir. Səsverməyə qədər zamanımız var, ona qədər düşünəcəyik. Mən öz mövqeyimi orada bildirəcəm”.

“Marneuli” radiosu “Gürcü Arzusu” partiyasından seçilmiş digər iki Parlament üzvü Ruslan Hacıyev və Mahir Dərziyev ilə də əlaqə saxladı, onlar görüşdə olduqlarını bildirdilər və bir saat ərzində yenidən əlaqə saxlamağımızı istədilər. Vəd olunmuş vaxtda zəng vurduq, lakin nə Mahir Dərziyev, nə də Ruslan Hacıyev zənglərimizə cavab vermədi.

“Marneuli” Radiosu 96.9 FM

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register