Marneulinin 16-dək kəndi gündəlik su ilə təmin olunacaq
İçməli su problemi Marneuli Bələdiyyəsində bu gündə aktualdır. Əhali deyir ki, onlara su ya qrafiklə verilir ya da heç verilmir.
Dünən, Marneuli Bələdiyyə Məclisinin iclasında Komissiya sədri Qivi Qiorqadzenin çıxışı içməli su məsələsinə aid idi. Məlum oldu ki, Marneuli “Su Kənd” MMC və “Soqur” MMC arasında müqavilə bağlanır. Qivi Qiorqadzenin dediyinə görə, qeyd olunan layihəyə əsasən “Soqurun” MMC İmir dayanacağı “Su Kəndi” MMC icarəyə götürəcək. Marneuliyə bundan sonra iki nasos dayanacağı xidmət göstərəcək. Marneulinin yerli büdcəsindən hər ay icarə üçün 15 min lari ayrılacaq.
“ “SOQUR” ilə iki illik müqavilə bağlayacağıq. Bu da suyun keyfiyyətini, çatdırılmasını yaxşılaşdıracaq, misal üçün indi kəndlərdə həftədə üç dəfə verilirsə, bu iki nasos stansiyasından sonra gündəlik veriləcək”.
Marneulinin kəndlərini içməli su ilə “Kənd su” MMC təmin edir. Kompaniya tam olaraq yerli büdcədən maliyyələşir, Marneulilərə onun xidməti ildə səkkiz min lariyə başa gəlir. Kompaniyanın direktoru deyir ki, yeni büdcəyə əsasən bu il məbləğ az olub. Aleksi Mamukaşvili Marneuli “Su kəndin” direktorudur və o, yeni layihəyə aid olan detallardan danışır. Onun sözlərinə görə, Marneulidə 16-ya qədər kənd içməli suyu hər gün alacaq.
“Soquridən icarəyə götürdüyümüz nasos stansiyaları ilə bizim yeni qurduğumuz stansiyalar paralel işləyəcək. Yeni qurulmuş stansiya Tsereteli tərəfə qoşulacaq, icarəyə götürülən stansiya isə 12 kəndin olduğu Şulaveri bölgəsinə qoşulacaq və su gündəlik veriləcək, daha bu günə qədər olduğu kimi hansısa qrafiklə yox”.
Marneuli Bələdiyyəsində “Kənd Su” MMC 34 kəndə xidmət göstərir və bu 8 minə qədər abonentə bərabərdir.
“Marneuli” Radiosu 96.9 FM
Amil Məmmədov2286 Posts
0 Comments