Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiqləyib

geo

   Gürcüstanın baş nazir vəzifəsinə Giorgi Kvirikaşvili seçilib. Gürcüstan parlamentinin Kutaisidə keçirilən toplantısında hökumətin yeni tərkibi də təsdiqlənib.

Parlament üzvləri baş nazir vəzifəsinə Giorgi Kvirikaşvilinin,  xarici işlər naziri vəzifəsinə isə Mixail Canelidzenin namizədliyini təsdiq ediblər. Məlumata görə, digər hökumət üzvləri olan nazirlərin siyahısında dəyişiklik olmayıb. Kutaisidə baş tutan səsvermə posedurunda hökumətin tərkibinin təsdiqinə 86 deputat lehinə, 28 deputat isə əleyhinə səs verib. Yeni hökumətin tərkibini “Milli Hərəkat” və “Azad Demokratlar” dəstəkləməyib. Gürcüstan hökumətinin yeni tərkibinin təsdiqi barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

Beləliklə,  Gürcüstan hökumətinin yeni tərkibi müəyyən olub və baş nazir vəzifəsinə Giorgi Kvirikaşvili və XİN vəzifəsinə Mixail Canelidze seçilib.

Qeyd edək ki, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, eyni zamanda, baş nazirin müavini  vəzifəsinə seçilib.

Parlament deputatları həmçinin hökumətin “Güclü, Demokratik, VahidGürcüstan” proqramını da dəstəkləyiblər.

Toplantıdan iki gün sonra yeni seçilən hökumət parlamentin etimadını Gürcüstan prezidentinə təsdiq olunması üçün təqdim edəcək.

Mənbə:az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register