Səudiyyə Ərəbistanında qadınlara futbol oyunlarında iştirak etmək hüququ verilib

5saudi-women_107071608

Səudiyyə Ərəbistanında hakimiyyət qadınlarla bağlı siyasi liberallaşdırılmanı davam etdirir. Avtomobil idarə etmək hüququndan sonra, qadınlara artıq futbol oyunlarında iştirak etmək icazəsi də verilib.

Krallığın qərarına görə, qadınlar kişilər olmadan üç oyunda iştirak edə biləcəklər, oyunu izləmək isə xüsusən onlr üçün nəzərdə tutulmuş tribunadan mümkün olacaq.

Qadınların kişilər olmadan iştirak etdikləri ilk oyun, Cidada baş tutub Həmin şəhərdə qadınlar üçün ilk avtosalon açılıb.

Stadion qadınların iştirakı üçün xüsusən hazırlanıb və süvenir mağazalarında futbol komandalarının loqosu vurulmuş xüsusi hicabların satışı başlayıb.

Liberal siyasətin aparılmasına Səudiyyə Ərəbistanı 2015-ci ildə başlayıb, o zaman qadınlara seçkilərdə iştirak etmək hüququ ilk dəfə verildi.

Mənbə: Rustavi 2

Video:

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register