Putin kommunizmi xristianlıq, Leninin cəsədini isə müqəddəslərin hissələri ilə müqayisə edib

putin

Rusiya Prezidenti, Vladimer Putin kommunist ideologiyasını xristianlıqla müqayisə edib. Bu haqda Putin Rusiyanın Birinci kanalının efirində danışıb:

“Azadlıq, qardaşlıq, bərabərlik, ədalət – bunların hamısı müqəddəs yazılarda yerləşdirilib. Bəs kommunizmin yaradıcısının məcəlləsi? Bu sublimasiyadır, Bibliadan primitiv çıxarış, onlar yeni heç nə fikirləşməyiblər.”

Putin eləcə də Leninin cəsədini müqəddəslərin hissələri ilə müqayisə edib.

“Lenini Movzaleydə dəfn ediblər. Bu müqəddəslərin hissələrindən nə ilə fərqlənir? Deyirlər ki, xristian aləmində belə adət yoxdur, necə yoxdur? Aton dağına səyahət etsinlər və baxsınlar”.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register