Daxili İşlər Nazirliyi Marneulidə böyük miqdarda heroin ələ keçirib

police

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Xəfiyyələr İdarəsinin və Marneuli Rayon Şöbəsinin əməkdaşları keçirilən birgə əməliyyat-axtarış nəticəsində böyük miqdarda narkotik vasitənin qanunsuz əldə olunması-saxlanılmasına görə, 1979-cu ildə andan olmuş A.A.-nı saxlayıblar.

Hüquq mühafizəçiləri saxlanılan şəxsdən 32,03 qram narkotik vasitəni maddi sübut kimi götürüblər ki, bunun da tərkibində kimyəvi ekspertizaya görə, 19,45 qram heroin var.
Müttəhim ittihamları qəbul edib.

Gürcüstan Cinayət Məcəlləsinin narkotik vasitələrin böyük miqdarda əldə olunması-saxlanılmasını nəzərdə tutan 260-cı maddəsini 6-cı bəndinin “a” alt bəndi üzrə istintaq davam edir.

Mənbə: polici.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register