“9 Aprel” memorialının bərpa olunması üçün tender elan olunacaq

samoqalaqo biujeti

2016-cı ilin avqust ayında “Vətəndaş Büdcəsi” layihəsi çərçivəsində 3 nəfər Tsereteli sakini Qiorqi Mumladze, Maka Menteşaşvili və Mariam Samxaradze “9 Aprel” memorialının bərpa işləri üçün layihə yazdılar. Təşəbbüs qrupu tərəfindən yazılmış layihə qalib gəldi və müvafiq olaraq Marneuli bələdiyyəsinin 2017-ci il büdcəsinə də daxil edildi. Buna baxmayaraq bərpa işləri hələ də başlamayıb. Layihənin müəlliflərindən biri Qiorqi Mumladzenin dediyinə görə, layihə 2017-ci ilin payızında başlanmalı idi.

“Qəribədir, çünki bu layihə artıq tamamlanmış olmalı idi. 2017-ci ilin payızında başlanmalı idi. Biz təşəbbüs qrupu olaraq layihəni irəli sürdük, amma bu layihə kənd sakinləri ilə birgə planlaşdırıldı. Vətəndaş Büdcəsi layihəsinə kuratorluq edən polşalılar bütün bunlarda da iştirak edirdilər”.

Yerli özünüidarədən Marneuli radiosuna verilən məlumata görə, layihə üzərində işlər müvafiq proseduralar üzrə davam edir və heç bir problem yoxdur. Meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Çxaidzenin dediyinə görə, hazırda memorialın bərpası işləri üzrə tender şərtlərinin hazırlanması üzərində işlər davam edir. Layihə isə 2018-ci ilin ikinci rübündə tamamlanacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register