“Zəng prinsipi” – Marneulidə tullantıların toplanması

nagavsayreli

Bu il Marneulidə 200-ədək zibil qutusu qoyulacaq. “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladzenin dediyinə görə, yeni qutuları köhnələrin yerinə qoyacaqlar. Mumladze onu da qeyd etdi ki, 2018-ci ildə şəhərin mərkəzi küçələrində qoyulmuş kiçik zibil qutularının yenilənməsi nəzərdə tutulmur. Buna səbəb kimi isə büdcənin azlığını göstərir.
Marneuli kəndlərindən zibillərin daşınması isə Leri Mumladzenin dediyinə görə zənglərlə həyata keçirilir. O, qeyd edir ki, kəndlərdə zibil qutuları qoyulmayıb. Zibili isə sakinlər dövri olaraq zibil maşınlarına atırlar.

“Tsereteli, Saimerlo və Mirzovka, sonra Tamarisi, Hallavar və Acarların yaşadığı məntəqəyə giririk. Qalanları şossedədir, Marneulidən sərhəddə qədər, Sadaxlıya qədər, Rustavi keçidindən Sınıq Körpüyə qədər, həmçinin Qaçağandan Sınıq körpüyə qədər”.

Marneuli bələdiyyəsinin bəzi kəndlərindən zibillərin zənglər əsasında daşınmasına baxmayaraq, “zəng” prinsipi işləməyən kəndlərin sakinləri zibil qutularının olmamasından şikayətlənirlər.

Marneuli bələdiyyəsinin büdcəsindən 2018-ci il üçün “Təmiz Marneuli” MMC-yə 1 100 000 lari ayrılıb.

“Marneuli” Radiosu.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register