1 yanvardan etibarən toxumluq taxılın sertifikatlaşdırılmasına başlanılıb

xorbali

2018-ci ilin yanvarından keyfiyyət sertifikatı olmadan buğda toxumunun əldə edilməsi mümkün olmayacaq. Bu haqda hökumət tərəfindən “Toxum və səpin materiallarının Gürcüstanda yayılmasının əlavə şərtləri” haqqında 2016-cı ilin dekabrında qəbul olunan qərarda deyilir. Buna baxmayaraq biz Marneuli bazarında azad şəkildə sertifikatsız buğda toxumu əldə edə bildik.
Marneuli bazarında elə satıcılarla da qarşılaşdıq ki, becərmək üçün istifadə olunan buğdanı satmaq üçün sabah getməyimizi təklif etdilər.

Nana Sisvadze – Bağışlayın toxumluq taxıl var?
Satıcı – Budur, bir də budur.
Nana Sisvadze – Bütün bunları səpmək olar?
Satıcı – Bəli.
Nana Sisvadze – Necə bilək yaxşıdır yoxsa yox?
Satıcı – Yaxşıdır, kaxetinindir, toxumluqdur.
Nana Sisvadze – Hansısa sənədiniz, sertifikatınız var?
Satıcı – Sertifikat yoxdur
Nana Sisvadze – Sizdən gəlib toxum alırlar?
Satıcı – Bəli.
Nana Sisvadze – Çox gəlirlər?
Satıcı – Çox yox, hərdən.

Biz əhali arasında da sorğu apardıq. Onların əksəriyyəti hansı keyfiyyətdə hazırlanmış çörəkdən istifadə etdiklərini bilmirlər.

Kənd təsərrüfatı mədəniyyəti növlərinin toxumu və əkin materiallarına keyfiyyət sertifikatını Gürcüstanın kənd təsərrüfatı nazirliyi tərəfindən səlahiyyəti olan orqan və ya Gürcüstan qanunvericiliyi ilə qoyulan qaydada akreditəsi olan şəxs, eləcə də beynəlxalq akreditasiyası olan müvafiq qiymətləndiric şəxs verə bilər. Qeyd olunanla bağlı kənd təsərrüfatı elmi araşdırma mərkəzinin sertifikatlaşdırma və standartları xidmətinin baş mütəxəssisi Ana Davadze ilə söhbət etdik.

“Toxum, səpin üçün nəzərdə tutulmuş məhsulların sertifikatı olmalıdır. Yəni üyütmək üçün nəzərdə tutulmuş məhsuldan getmir. Çünki istehlakçı məhsulu alanda bilməlidir ki, hansı növ məhsul alır. Buna görə də toxum istehsal edən və məhsulu toxum kimi satmağı planlaşdıran sahibkar səpinə başlayarkən bizdə sertifikatlaşdırma xidmətində toxum istehsal edən sahibkar kimi qeydiyyatdan keçir. Həmçinin ərizədə yazır ki, bu və ya digər növ məhsulu səpir, bu isə ölkədə məhsuldarlığı, sonra isə məhsulun keyfiyyətini artırmağa xidmət edir”.

Ana Davadzenin sözlərinə görə, bazarda buğda toxumu səpin məqsədi ilə satılırsa və onun sertifikatı yoxdursa 500 lari dəyərində cərimələnmə olmalıdır. Onun sözlərinə görə, qeyd olunan məsələni Gürcüstanın ərzaq təhlükəsizliyi xidməti kontrol edir. Buna baxmayaraq məcburi sertifikatlaşdırma buğdanı müxtəlif məqsədlər üçün becərən kiçik istehlakçılara aid deyil. Onlar həmçinin toxum kimi də bazara satışa çıxara bilərlər. Onun sözlərinə görə, bazar özü sertifikatı olmayan və olan buğda toxumunun əldə edilməsi və satışını tənzimləyəcək.

Qeyd etmək lazımdır ki, dənli mədəniyyətlərin – buğda, arpa, soya, günəbaxan və kartof toxumu materialının istəyə əsasən sertifikatlaşdırılması prosedurları 2020-ci ilə qədər pulsuz həyata keçiriləcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register