Azlıqların məntəqəsində 43% hesab edir ki, Gürücstan düzgün inkişaf edir
Milli-Demokratik İnstitut (NDI) tərəfindən dərc olunmuş araşdırmaya görə, milli azlıqların məskunlaşdığı yerlərdə sakinlərin 43%-i hesab edir ki, Gürcüstan düzgün istiqamətdə inkişaf edir.
26% hesab edir ki, Gürcüstan ümumiyyətlə inkişaf etmir.
25% hesab edir ki, Gürcüstan qeyri-düzgün istiqamətdə inkişaf edir.
7% isə bilmədiklərini deyiblər.
Araşdırma UK aid-in maliyyə dəstəyi və NDI-un sifarişi ilə CRRC Gürcüstan tərəfindən aparılıb. Araşdırma 29 noyabrdan 19 dekabr tarixinədək nümayəndəli seçim əsasında (işğal olunmuş ərazilərdən başqa) aparılıb. Üzbəüz müsahibədə 2298 nəfər iştirak edib (cavab dərəcəsi 48%). Araşdırmada iştirak edən şəxslər təsadüfi seçim üsulu ilə seçilib, səhv ehtimalı isə 1,9%-dir.
Amil Məmmədov2286 Posts
0 Comments