NDI – Milli azlıqların məskunlaşdığı yerlərdə rəyi soruşulanların 56%-i Gürcüstanı Avrasiya İttifaqında görür

Country-Population

Gürcüstan hakimiyyəti tərəfindən elan olunmuş məqsəd – “Gürcüstan Avropa İttifaqının üzvü olsun” məqbuldur, ya yox?
Milli-Demokratik İnstitu (NDI) tərəfindən dərc olunmuş araşdırmaya görə, milli azlıqların məkunlaşdığı yerlərdə rəyi soruşulanların 51%-i üçün məqbuldur.
29% qəbuledilməzdir
20% bilmir

ევროკავსირი

Eyni suala yaş kateqoriyasına görə cavab isə aşağıdakı kimidir.
18-35 yaş – Avropa İttifaqının üzvü olmaq məqsədi 80% üçün məqbuldur, 15% üçün isə qəbuledilməzdir.
36-55 yaş – 70% üçün məqbuldur, 23% üçün qəbuledilməzdir.
56 yaşdan yuxarı – 24% hakimiyyətin bu qərarı ilə razılaşmır, 65% razılaşır, 11% isə cavab verməyib.

Gürcüstanın NATO-nun üzvü olmasının məqbul olub olmaması ilə bağlı suala isə milli azlıqların məskunlaşdığı yerləlrdə cavab belədir. 36% – məqbuldur, 35% qəbuledilməzdir və 29% bu suala cavab verməyib.

ნატოში

Avrasiya İttifaqı yoxsa Avropa İttifaqı?
Bu suala milli azlıqların məkunlaşdığı yerlərdə rəyi soruşulanların 56%-i Gürcüstanın Rusiya Federasiyası, Belorusiay və Qazaxıstan tərəfindən yaradılmış Avrasiya İttifaqına üzv olmalı olduğunu bildirib.
25% isə hesab edir ki, Gürcüstan Qərbi Avropa ölkələri tərəfindən yaradılmış Avropa İttifaqına üzv olmalıdır.
9% isə heç bir tərəfi dəstəkləməyib, həmçinin 9% cavab verməyib.

ევრაზიული კავშირი

Həqbi güc baxımından hansı ölkə daha güclüdür?
Araşdırmanın bu sualına isə milli azlıqlar yaşayan yerlərdə 55% Rusiya, 18% isə ABŞ cavabını verib. 14% isə hesab edir ki bu iki ölkənin hərbi gücləri eyni səviyyədədir.

რუსეტი ძლიერია

Araşdırma UK aid-in maliyyə dəstəyi və NDI-un sifarişi ilə CRRC Gürcüstan tərəfindən aparılıb. Araşdırma 29 noyabrdan 19 dekabr tarixinədək nümayəndəli seçim əsasında (işğal olunmuş ərazilərdən başqa) aparılıb. Üzbəüz müsahibədə 2298 nəfər iştirak edib (cavab dərəcəsi 48%). Araşdırmada iştirak edən şəxslər təsadüfi seçim üsulu ilə seçilib, səhv ehtimalı isə 1,9%-dir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register