Marneulidə “20 yanvar” hadisəsinə həsr olunmuş tədbir keçirildi (FOTO)

tedbir4

Bu gün, 16 yanvar tarixində Marneuli şәhәrinin Ataholdinq binasında 20 yanvar faciәsinә hәsr olunmuş anım mərasimi keçirildi. Tәdbir Azәrbaycan Respublikasının Gürcüstandakı sәfirliyinin dәstәyi ilә baş tutdu. Anım tәdbiri 20 yanvar 1990-cı ildә Azәrbaycan Respublikasının paytaxtı Bakı şәhәrindә baş verәn qanlı yanvar günlәrinə həsr olunmuşdu.

 

tedbir7

Tәdbirdә Azәrbaycan Respublikasının Gürcüstandakı sәfiri vә nümayәndәlәri, Marneuli meri, bәlәdiyyә sәdri vә üzvlәri, millәt vәkillәri, hökumət vә qeyri hökumət nümayәndәlәri, ziyalılar vә şәhәr sakinlәri iştirak etdilәr. Anım mәrasimindә çıxış edәnlәr 20 yanvarın acı xatirәlәrini, o dövrdə baş verən 11-ci Qızıl Ordunun Bakı şəhərində necə qırğınlar törədiyi haqda danışdılar. tedbir6

O, da vurğulandı ki, 1989-cu ilin 9 aprelində Gürcüstanın paytaxtı Tifliş şəhərində də vətəndaşların azadlığı uğrunda mübarizənin qarşısı qırğınlarla alındı amma insanların iradəsi və azdlıq uğrunda mübarizəsi bunu durdurmadı.

tedbir4 Anım mərasimində iştirak edən Azәrbaycan Respublikasının Gürcüstandakı sәfiri Dursun Həsənov ” Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, bu gündən başlayaraq 20 yanvarla bağı bir sıra tədbirlər keçiriləcək.

tedbir9 Tədbir ilk olaraq Marneulidə həyata keçirildi. Sonra isə Bolnisi, Dmanisi, Qardabani və Tblisidədə keçiriləcək.

tedbir10

Tәbirin sonunda 20 yanvar hadisәsindә baş verәn faciә haqqında sәnәdli film nümayiş olundu.

tedbir5

tedbir2

tedbir

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register