Tamaz Naveriani pozuntu və cərimələr haqqında yenə məlumatsızdır

Tamaz Naveriani

Mülki bəyənnamələrdə olan pozuntulara görə, 2017-ci ildə on fəaliyyətdə olan və iki keçmiş parlamentar min-min lari dəyərində məbləğlə cərimələnib. İctimai xidmət bürosunun məlumatına görə, Parlament çoxluğu nümayəndələri də cərimələnib və onlar arasında Marneulinin deputatı Tamaz Naveriani də var.

Biz hələ bir həftə bundan əvvəl deputatla əlaqə saxladıq. Ancaq onun, cərimə və pozuntulardan məlumatı yox idi. İctimai bürodan əldə etdiyimiz məlumata görə, Tamaz Naverianin mülki durumunun bəyənnaməsinin yoxlanması nəticəsində sonrakı pozuntular qeydə alınıb:

Mülki durumun bəyənnaməsində Tamaz Naverianinin ailə üzvlərinin mülkündə olan daşınmaz əmlak təsvir olunmayıb;

Mülki durum bəyənnaməsinə Tamaz Naverianinin və onun ailə üzvlərinin istehsal işində iştirakı haqqında məlumat yerləşdirilməyib;

Mülki durum bəyənnaməsində Tamaz Naveriani və onun ailə üzvləri tərəfindən qəbul edilən gəlirlər haqqında məlumat təsvi olunmayıb;

Biz parlament deputatı Tamaz Naveriani ilə yenə əlaqə saxladıq, ancaq o, öz cərimə və pozuntuları haqqında yenidən məlumatsızdır.

“Bəli, sizin dediyinizdən xəbərim var, lakin hələ oradan rəsmi məlumat almamışam cavab gözləyirəm. Cərimə də gəlməyib. Mən tələb etdim ki, konkret olaraq bütün məsələlər barədə hər şey dəqiqləşdirilsin, məlumat şəffaf olsun, elə çatdırsınlar”.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register