Reallıqdan uzaq minimum əmək haqqı

marneulis bazari

Nona Nozadze beş nəfərlik ailənin xanımıdır. Hər gün səhər saat 7-də durur. Ailə işlərini ailə üzvlərini oyandırmaqla və onlara səhər yeməyi hazırlamaqla başlayır. Nonanın həyat yoldaşı Samxaradzelərin ailəsində çalışan yeganə adamdır. Ailənin aylıq gəliri 320 laridir. Nona bu dəfə də səhər yeməyi hazırlayır, o, bizdən eşitdi ki, ölkədə beş nəfərlik ailələrin minimum əmək haqqı iki lari azalıb və o, 345 larini təşkil edir.

“348 lari heç nəyə yetmir, ailəmizdə bir günün yemək pulu 345 laridir. Bir otağı isitmək üçün ayda 200 lari qaz pulu gəlir, 348 lari beş nəfərlik ailənin yeməyinə kifayət edər? Bir adam üçün birgünlük qida 30 lariyə başa gəlir. Mən ümumiyyətlə maaş almıram, bu məmurların maaşlarını artırıb 4000-5000 lari ediblər. Onlar danışmaqdan başqa nə edirlər? Kəndlilər üçün vədlərdən başqa heç nə etmirlər”.

Minimum əmək haqqı adamın bacarığını saxlamaq üçün lazım olan minimum maddi  vəsaitdir. İqtisadiyyat eksperti Soso Arçvadze hesab edir ki, minimum əmək haqqı məsələsi Gürcüstanda problemlidir, onun hesablanması metodologiyası isə köhnəlib.

“Hesab edirəm ki, bu gün mövcud olan metodologiya ilə təxminən minimum əmək haqqının 50% qida, 50% isə digər xərclər olmalıdır. 70%-in qidaya getməsi düzgün deyil. Heyvan və bitki mənşəli qidaların nisbətini dəyişirlər, bu da bir növ qida səbətini 30% ucuzlaşdırır. Bu ucuz qida səbəti də 70 faiz hesab olun edilir. Bu isə onu göstərir ki, minimal əmək haqqının mütləq həddi reallıqdan aşağıdır”.

Nona Nozadzenin ailəsi üçün beş nəfərlik ailənin minimum əmək haqqı olan 345 lari onun tələbə qızı, qoca ata-anası və yoldaşı üçün yetərli deyil. Buna baxmayaraq, onlar idarə etməyi bacarırlar. Saqstatın göstəricilərinə əsasən, dekabrda orta istifadəçinin minimum əmək haqqı 2 lari azalıb.

Xüsusən də keçən ayda bu göstərici 153.7 lari  olub; Ancaq 2017-ci ilin noyabrında 155.7 lari idi. Ailə növlərinə əsasən minimum əmək haqqı dekabrda bir nəfərlik ailə üçün – 153.7 lari; İki nəfərlik ailə üçün – 245.9 lari; Üç nəfərlik ailə üçün – 276.6 lari; Dörd nəfərlik ailə üçün – 307.3 lari; Beş nəfərlik ailə üçün – 345.7 lari, ancaq altı nəfərlik ailə üçün – 408.7 lari ilə müəyyənləşir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register