Elektrik enerjisi xəttləri – Sabirkəndlilərin təhlükəsi

eleqrto

Elvin Məsimov Marneuli rayonun Sabirkəndində yaşayır. O bir neçə gün bundan öncə “Marneul” Radiosuna müraciət edərək kəntlərində elektrik xətlərində olan qəza haqqında bildirdi. Bu gün biz Sabirkəndə olduq. Elvinini həyatyani sahəsində yüsək gərginlikli elektrix xəttdi keçir və həmin xətlər qəzalı vəziyyətdədir. Elvin Məsimov bildirdi ki, bu vəziyyət iki ildən artıqdır belədir. Dəfələrlə kənd ərazisində işləyən “EnergoProGeorianın” işçisinə bildirsədə o bu məsələnin həll olmadığını deyir.

Kənd sakini onuda bildirdi ki, rəsmi olaraq müraciət etməyib. Amma şifahi şəkildə onlara dediyini deyir.

Biz Energo Pro Georgia-nın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Avto Dvalişvili ilə danışdıq. Onun sözlərinə görə, sakinin problemi yaxın gələcəkdə həll olunacaq.

“Bəli, sizin qeyd etdiyiniz abonentin problemi kompaniyaya məlumdur. Orada dirəyin yerləşməsində problem var. Yolun kənarındadır və abonentin həyətinə doğru biraz əyilib. İndi çalışmalar gedir ki, dirəyi necə düzəldək ki, nə yola nə abonentə zərər dəyməsin. Güman ki, bu həftə problem həll olunacaq”.

Avto Dvalişvili eləcə də qeyd etdi ki, gələn iki il ərzində Gürcüstan miqyasında kompaniya tərəfindən paylayıcı şəbəkəsinə 200 milyondan çox lari investisiya həyata keçiriləcək.

Energo Pro Georgianın Marneuli xidmət mərkəzindən bizə zəng vuraraq bildirdilər ki, sabah yəni 17 yanvar tarixində həmin problemi aradan qaldıracaqlarını bildirdilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register