Tbilisidə ictimai nəqliyyat gecə saatlarında da xidmət edəcək
Tbilisidə, həftənin müəyyən günlərində ictimai nəqliyyat gecə saatlarında da hərəkət edəcək. Bu haqda İPN-ə Tbilisinin meri Kaxa Kaladze bildirib.
Onun məlumatına görə, paytaxt meriyası gecə Tbilisinin inkişafı konsepsiyası üzərində çalışır ki, fevralın sonunda təqdim olunacaq.
“Biz baxışımızı fevralın sonunda təqdim edəcəyik ki, ilk addım nə olacaq. İctimai nəqliyyat baxımından yeni baxış olacaq. Hələ ümumiyyətlə nəqliyyat strategiyasını təqdim edəcəyik ki, 4 il ərzində bu istiqamətdə inkişadı necə düşünürük, necə strategiyamız olmalıdır. Dəyişikliklər taksilər baxımından da olacaq. Müəyyən günlər ərzində isə, ictimai nəqliyyat gecə saatlarında da hərəkət edəcək”, – bildirib Kaladze.
Məlumat üçün, gecə Tbilisinin inkişafı Kaxa Kaladzenin seçkiqabağı vədidir və gecə iqtisadiyyatının inkişafı konsepsiyasına daxil idi. Kaladzenin dediyinə görə, gecə mədəni həyatının canlandırılması, yeni startapları həvəsləndirəcək və paytaxtın gəlirini artıracaq.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments