Gürcüstanda 29 min 222 doza istifadədən götürülməli olan vaksin sərf olunub

vakcinacia

Gürcüstanda 29 min 222 doza istifadədən götürülməli olan vaksin istifadə olunub, – bunun əsasında Dövlət Audit Xidməti immunizasiya proqramının yoxlanılmasını planlaşdırır. Məlumat xidmətin veb-səhifəsində yerləşdirlib: Məlumat əldə etmək üçün bura daxil olun.

“Qanunvericiliklə qoyulmuş qaydada qeydiyyatdan keçməmiş preparat əldə olunub və müvafiq olaraq Gürcüstan bazarına buraxılmaq hüququ yox idi. Buna baxmayaraq bazara buraxılma hüququ komissiyanın qərarı ilə əldə olunub, qərara əsasən komissiya tərəfindən keyfiyyətin təsdiqlənməsi minimal standartlara əsaslanır”, – deyilir Audit Xidmətinin 2018-ci ilin iş planının qrafikində.

Bundan əlavə qeyd olunur ki, xarici mənbələr tərəfindən aşkarlanan idarə problemləri aşkarlanıb, xüsusən: “Dünya səhiyyə təşkilatının fövqəladə rekomendasiyası ilə sağlamlığa təhlükə yaradan konkret vaksin istifadədən götürülməli imiş. Vaksin isə Gürcüstanda 29 min 222 dozada istifadə olunub”, – qeyd olunur Audit Xidmətinin veb-səhifəsində.

Yayımlanan plana əsasən, 2016-17-ci illərdə aparılan immunizasiya proqramının yoxlanılması nəzərdə tutulur. Dövlət büdcəsindən proqram çərçivəsində iki ildə ümumi olaraq 32 milyon lari xərclənib.

İmmunizasiya proqramında pozuntular var imiş ya yox buan yekun cavab Auditin bitməsindən sonra məlum olacaq.

Mənbə: www.bm.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register