Poniçalada qətl hadisəsi baş verib

e84d93adde40e6c595d060ebd34363a91484184_906491822765877_4646305543517998586_n

   28 dekabr tarixində Tiflis yaxınlığında yerləşən, azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində qətl hadisəsi baş verib.
Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanovun verdiyi məlumata görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub. Qətli həmkəndlisi olan Ramin İsayev tərəfindən törədilib. R. İsayev hadisəni törədəndən sonra qaçıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Mərhum 2 yanvar tarixində torpağa tapşırılıb.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register