Həkimə müraciət etmədən evdə müalicənin fəsadları

geohospital

Qurbanova Əskinaz 6 yaşlı nəvəsini xəstələndiyi üçün onu Marneulidə yerləşən “GeoHospital” klinikasına yerləşdirib. Onlar kəntdə yaşadıqlarına görə az yaşlını ilkin olaraq  həkim icazəsi olmadan əczaxanadan aldıqları dərmanlarla ev şəraitində müalicə ediblər. Amma həmin dərmanların xəstələnən uşağa köməyi dəyməyib və üç gün öncə az yaşlını xəstəxanaya yerləşdirməli olublar.

Xəstə uşaq xəstəxanaya yerləşdirildikdən sonra müalicə müddətində uşağın vəziyyəti yaxşıya doğuru irəliləyib.

Biz “GeoHospitalın” həkimlərinə müraciət etdik ki, qış aylarında valideynlər hansı hallarda həkimə müraciət edirlər. Bizim suallarımızı xəstəxananın pediatriya şöbəsinin şöbə müdiri Elman Sadıqov cavablandırdı. O, bildirdi ki, valideynlər əsasən az yaşlılarda yaranan öskürək və yüksək hərarətdən dolayı xəstəxanaya müraciət edirlər.

Həkim onu da əlavə etdi ki, valideynlər həkim məsləhəti olmadan ev şəraitində öz metodlarından istifadə edərək müalicə edirlər. Həkimin məsləhətinə görə isə bu düzgün üsul deyil və zamanında həkimə müraciət etmək lazımdır.

Elman Sadıqov onu da bildirdi ki, qış aylarında uşaqları soyuqdan qorumaq lazımdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register