Vətəndaşlıq gözləntisində gecikmiş təhsil

arzu

Arzu Bayramova 18 yaşındadır və Marneulidə yaşayır. Qasımlı kəndinin ictimai məktəbini bitirib. Ancaq istəyinə baxmayaraq ali təhsilini davam etdirə bilmir. Bunun yeganə səbəbi isə onun Gürcüstan vətəndaşı olmamasıdır. Arzu hələ yetkinlik yaşına çatmamış Gürcüstan vətəndaşlığı tələb edib, ancaq alınmayıb, çünki hər iki valideyni Azərbaycan vətəndaşıdır.

Məktəbi bitirib, ancaq bir ildir ki, gözləyir yetkinlik yaşı tamam olsun ki, vətəndaşlıq ala bilsin və vahid milli imtahanları versin. 18 yaşlı Arzu Ədliyyə evinə vətəndaşlıq almaq üçün lazım olan bütün sənədləri artıq verib və cavab gözləyir.

“15-16 yaşım olanda ədliyyə evinə getdim çünki Gürücstan vətəndaşlığı almağı çox istəyirdim. Orada dedilər ki, yetkinlik yaşına çatmamışam və vətəndaşlıq ala bilmərəm. Oktaybrda yaşım tamam oldu və lazımı sənədləri toplayıb Ədliyyə evinə verdim. İndi cavab gözləyirəm”.

Gürcüstan ərazisində Gürcüstan vətəndaşlığı olmayan 1993-cü ilin 31 martına qədər anadan olmuş şəxslərin hüququ var ki, Gürcüstan vətəndaşlığını xüsusi qayda ilə əldə etsin əgər:

Müəyyən olunan çərçivədə Gürcüstanın dövlət dilini bilirsə;

Gürcüstanın tarixini və hüququn əsaslarını bilirsə.

Vətəndaşlıq məsələləri komissiyası onun dövlət dili, Gürcüstan tarixi və hüquqların çərçivəsində səviyyəsini dəyərləndirir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register