“Mülki cəmiyyət hökumət monitorinqini həyata keçirməlidir” – Rondelli Fondunun nümayəndəsi

rondel

Marneulili jurnalistlər və mülki cəmiyyət nümayəndələri üçün Gürcüstanın Strategiyalar və Beynəlxalq Əlaqələr üzrə Tədqiqat Fondu (Rondel) təlimlər keçir. Təlimin mövzularından biri Avropa İttifaqı ilə dərin və hərtərəfli əlaqələr idi. Gürcüstanın Strategiyalar və Beynəlxlaq əlaqələr üzrə fondunun nümayəndəsi Kaxa Qoqolaşvilinin Marneuli Radiosuna bildirdiyinə görə, vacibdir ki, jurnalistlər və mülki cəmiyyət nümayəndələri hansı növ reformanın daha səmərəli olması haqqında məlumatlı olmalıdırlar və monitorinq aparmalıdırlar.

“2014-cü ildən artıq Avropa İttifaqı ilə Gürcüstan arasında ticarətə aid olan maddələr qüvvəyə minib. Bu hər növ ticarəti nəzərdə tutur. Sənayedən tutmuş kənd təsərrüfatına kimi. Eləcə də maneələrdən də azad olmanı nəzərəd tutur.”.

Kaxa Qoqiaşvili eləcə də qeyd etdi ki, Gürcüstan və Avropa İttifaqı arasında ticari maneələr müxtəlif növ ola bilər və ilk növbədə isə tarif maneələri qeyd olunmalıdır. Gürcüstanla Avropa İttifaqı arasında hər növ gömrük vergiləri götürülüb. Qoqiaşvili həmçinin deyir ki, ikinci növ maneə də var. Qeyri-tarif maneələri və bunlar da mərhələ ilə aradan qaldırılacaq.

“Qeyri-tarif maneələrinin aradan qaldırılması mərhələli şəkildə olur. Gürcüstan nə dərəcədə öz qanunvericiliyini Avropa İttifaqının qanunvericiliyi ilə yaxınlaşdıra biləcək”.

Təlimin iştirakçısı QHT “Marneulinin Demokrat Qadınlar Assosiasiyasının” nümayəndəsi, Xatuna Ğavtadze bizimlə söhbət etdi və bildirdi ki, onun təşkilatı üçün bu növ təlimlər vacibdir.

“Yeni qəbul olunub ya yox bu müqavilə ilə götürdüyümüz öhdəlikləri yerinə yetirməliyik. Bundan dolayı bilməliyik ki, nəyi və necə yerinə yetirməliyik. Ona görə də bu növ təlimlər vacibdir. Bizim təşkilat üçün xüsusən vacibdir çünki fermerlər, əhali gəlir soruşur. Buna dair biz də bilməliyik ki, cavab verək”.

Gürcüstanın Strategiyalar və Beynəlxalq Tədqiqatlar üzrə Fondu tərəfindən təşkil olunan təlimlər Marneulidə 16 yanvarda başlayıb və 18 yanvara qədər davam edəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register